Ağdam rayonunda şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilib FOTOLAR
Ağdam rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşəbbüsü ilə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü" ilə əlaqədar rayon ərazisində yaşayan şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilmiş, onların qayğıları və problemləri ilə maraqlanılıb, uşaqlara hədiyyə və sovqatlar təqdim olunub.
Ağdam rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev şəhid ailələrini və onların övladlarını ziyarət zamanı qeyd ediblər ki, Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlər görülüb. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda da Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtının təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Bildirilib ki, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksi tikilərək fidan balaların istifadəsinə verilib. Həmin işlər bu gün də davam etdirilməkdədir.
Şəhid ailələri onlara götərilən böyük diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Zümrüd Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB