Heydər Əliyev Fondu tariximizə çox böyük həssaslıq nümayiş etdirməkdədir - DEPUTAT ŞƏRH ETDİ
“Ümumiyyətlə, həyat fəaliyyətinin ən müxtəlif sahələrində Heydər Əliyev Fondunun quruculuq, inkişaf izlərinə biz artıq adət etmişik. İstər elm sahəsi, istər səhiyyə, istərsə də digər humanitar sahələr üzrə Heydər Əliyev Fondu tərəfindən layihələr, proqramlar hər zaman inkişafa, tərəqqiyə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə 2020-ci ilin payızından sonra Azərbaycanın obrazı tamamilə dəyişdi: “Həm beynəlxalq əməkdaşlıq sistemində Azərbaycan yeni bir obrazda çıxış edir. Ərazi bütövlüyünü təmin etmiş ölkənin milli, iqtisadi sistemə qatqıları olacaq. Hər şeydən öncə işğaldan azad olunmuş ərazilərdə gələcək inkişafı təmin etmək, milli iqtisadi, mədəni sistemə inteqrasiyanı şərtləndirmək üçün geniş quruculuq, bərpa işlərinin həyata keçirilməsinə ehtiyac var. Bu istiqamətdə Heydər Əliyev Fondunun rolu xüsusi və qabarıq görünməkdədir. İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin görülməsi Heydər Əliyev Fondunun rolu müşahidə olunmaqda, tarixi, mədəni abidələrimizin bərpası həyata keçirilməkdədir. Bu istiqamətdə kifayət qədər effektiv nəticələr artıq göz önündədir. Bunu bir-iki nümunə əsasında konkret şəkildə demək çətindir. Çünki artıq 2020-ci ilin payızından məsafə uzaqlaşdıqca Heydər Əliyev Fondu tərəfindən görülən işlər əhəmiyyətli dərəcədə artmaqdadır. Ümumilikdə görülən işlərin miqyası olduqca genişdir.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, tarixi-mədəni abidələrin bərpası, elm-təhsil infrastrukturunun quruculuğu istiqamətində həyata keçirilən işlərə yanaşma düzgün və müasirdir. Heydər Əliyev Fondu tariximizə çox böyük həssaslıq nümayiş etdirməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB