"Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm" - MUSTAFA ŞENTOP AÇIQLADI
“Hər iki ölkənin parlamenti Şuşa Bəyannaməsini təsdiq edib”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində deyib.
Onun sözlərinə görə, həmin sənəddə ölkələrimizin daha da yaxınlaşmağına şərait yaradacaq məqamlar var: “Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm. Hətta gələn tədris ilindən bu təhsil müəssisəsinin fəaliyyətə başlamasını arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB