Sabunçuda şəhid övladları üçün bayram şənliyi təşkil olunub FOTOLAR

Sabunçuda şəhid övladları üçün bayram şənliyi təşkil olunub FOTOLAR

01.06.2022-ci il tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu rayon icra hakimiyyətinin dəstəyi, rayonda fəaliyyət göstərən “Bliss Land” istirahət və əyləncə mərkəzi və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları, şəhid ailələri və övladlarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar vətənpərlik mövzusunda şeirlər, mahnılar səsləndirərək və müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə