The New York Times: “Azərbaycan Qarabağ müharibəsində PUA-lardan uğurla istifadə edib” MÜHARİBƏ UĞURU
2020-ci ilin sentyabrında Azərbaycanın torpaqlarını erməni işğalından azad etməsi və 44 günlük Zəfər yolunda qazanılan şanlı qələbəsi bu gün də beynəlxalq dairələrdə, həmçinin nüfuzu media qurumlarında geniş şəkildə şərh olunmaqdadır. Xüsusilə, 5-ci nəsil hərbi sənaye texnologiyalarının, əsasən də PUA-ların uğurlu istifadəsi heyrət doğurmaqdadır. SİA xəbər verir ki, ABŞ-ın nüfuzlu The New York Times nəşri mövzu ilə bağlı məqalə ilə çıxış edib.
Məqalədə vurğulanır ki, PUA-ların ikinci Qarabağ müharibəsində hərbi əməliyyatlar zamanı istifadə edilməsi dünyanın hərb tarixi üçün yenilik və uğurlu nümunə oldu. SİTAT: “Həmin vaxt Azərbaycan PUA-ları yüzlərlə erməni tanklarını, hərbi sursatlarını və zirehli texnika vasitələrini məhv etdi. Azərbaycanın Müdafiə Nazirliyi döyüş meydanlarında PUA-ları effektli şəkildə istifadə etməklə yanaşı, öz rəsmi saytına onların fəaliyyətlərini yerləşdirirdi”.
New York Times onu da qeyd edib ki, PUA-lar Azərbaycanın Ermənistan üzərindəki qələbəsində əhəmiyyətli rol oynadı. “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan PUA-ları kəşfiyyatın aparılması, artilleriya və raket bölmələrinin yerləşdikləri əraziləri aşkarlayaraq hədəflərini aşkarlanması, operativ vəziyyətin tam nəzarətə götürülməsi yönündə uğurla istifadə ediliblər”, deyə yazılan məqalədə o da bildirilir ki, buna nümunə olaraq dronlar havadan müdafiə sistemləri haqqında məlumatları əldə edir və onların koordinatlarını yüksək səviyyədə, dəqiqliklə müəyyənləşdirirdi. Amerika nəşri buna misal kimi erməni silahlı qüvvələrinin Xocavənddə yerləşdirdikləri raket sistemlərinin PUA-lar vasitəsi ilə məhvini qeyd edib. “Azərbaycan PUA-ları effektivliklə istifadə edərək operativ və strateji səviyyədə onlardan taktiki silah olaraq yararlanıb və döyüş meydanında böyük uğurlara imza atıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB