Pirallahıda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib FOTOLAR

Pirallahıda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib FOTOLAR

01 iyun 2022-ci il tarixində YAP Pirallahı rayon təşkilatının Süleyman Bağırov 3 ünvanında yerləşən ərazi partiya təşkilatında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dostluq çələngi” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları Məmləkət Qaraçobanova və Aliyə Orucova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Pirallahı RİH Aparatının işçiləri və ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti iştirak etmişdir. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbirdə qonaq qismində dəvət olunmuş Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov ölkəmizdə uşaqlara və gənclərə göstərilən diqqət və qayğıdan bəhs edərək bildirdi ki, bu gün Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindən biri uşaqların və Azərbaycan gəncliyinin inkişafı üçün mükəmməl şəraitin yaradılmasıdır.
Bayram tədbiri 4 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında bədii hissə ilə davam etmişdir. Rəngarəng proqramlarla çıxış edən uşaqlar, mahnılar oxudu, rəqs edib, şer söylədilər. Sonda iclas zalının foyesində şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi qonaqlara nümayiş etdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə