Ağstafada şəhid Asif Mədədovun anım mərasimi keçirilib FOTOLAR

Ağstafada şəhid Asif Mədədovun anım mərasimi keçirilib FOTOLAR

1 iyun 2022-ci il tarixdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Mədədov Asif Nəsir oğlunun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlfəli kəndində doğum günü münasibətilə anım mərasimi keçirilib.Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon icra hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, şəhidin ailə üzvləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin Kolxəlfəli kənd qəbirstanlığında məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları şəhid Asif Mədədovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə