"Görüşdən sonra müəyyən irəliləyişlər əldə olunacaq” - SİYASİ EKSPERT AÇIQLADI

"Görüşdən sonra müəyyən irəliləyişlər əldə olunacaq” - SİYASİ EKSPERT AÇIQLADI

“Brüsseldə baş tutan üçüncü görüş əvvəlki görüşlərlə müqayisədə daha məhsuldar oldu. Belə ki, bu görüş nəticəsində sərhəd komissiyası yarandı, sülh müqaviləsinin imzalanması üçün danışıqlarda müəyyən irəliləyiş əldə olundu”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, hər iki ölkə başçısı bununla bağlı rəsmi sənəd olan fərman və sərəncamlar imzaladılar: “Avropa İttifaqı bölgədə hərtərəfli sülhə nail olmağa çalışır, burada iki ölkə arasında həm ticari-iqtisadi və nəqliyyat və insanlar-arası əlaqələrin bərpasından söhbət gedir. Ermənistan hər zaman öz ənənəsinə sadiq qalaraq prosesi uzatmağa çalışsa da, anlayır ki, artıq real addımlar atmaq lazımdır. Çünki 2-ci Qarabağ müharibəsindən yaxşı anlayır ki, Azərbaycanın səbri tükənə bilər, Azərbaycan və Türkiyə regionda getdikcə güclənir, qısa müddət ərzində Aİ vasitəçiliyi ilə üçüncü görüşün keçirilməsi isə artıq Ermənistan tərəfini real addımlar atmağa vadar edir. Ermənistan bu il Avropa İttifaqından ən böyük miqdarda maliyyə yardımı alıb, bu danışıqların nəticəsiz qalması isə bu dövlətin Avropa İttifaqı ilə işgüzar əlaqələrinə mənfi təsir edəcək. Ona görə hesab edirəm ki, bu görüşdən sonra müəyyən irəliləyişlər əldə olunacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə