MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə