Birinci dünya müharibəsində məğlub olan, iqtisadi cəhətdən tənəzzül edənRusiya imperiyasında milli azadlıq hərəkatları nəticəsində bir sıra müstəqil dövlətlər yarandı. Belə dövlətlərdən biri də tarixdə ilk dəfə 1918-ci il mayın 28-də Azərbaycan adı ilə yaranan Azərbaycan Xalq Cumhuriyyəti olmuşdur.
Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi. Onun cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları milli dövlətçilik tariximizdə çox böyük işlər görmüşlər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.
Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi.Yaranmış tarixi şəraitdə İrəvan şəhəri “100 il müddətinə ermənilərə icarəyə verilmişdi”. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü.
1920-ci il aprelin 28-də Sovet Rusiyasının təzyiqi və bibaşa hərbi müdaxiləsi nəticəsində AXC parlamenti hakimiyyəti yerli kommunistlərə müvəqqəti təhvil verdi. Bundan sonra xalqımız böyük faciələrlə üzləşdi, torpaqlarımız işğala məruz qaldı. 1920-ci ildə Şərur-Dərələyəz, 1921-ci ildə Yuxarı Zəngəzur, 1929-cu ildə Ordubad və Zəngilan rayonlarından alınmış torpaqlar hesabına təşkil edilən Mehri rayonu Sovet Rusiyasının ermənipərəst rəhbərlərinin göstərişi ilə Azərbaycan SSR hökumətinin razılığı olmadan ermənilərə hədiyyə verildi. Bu xalqımıza qarşı düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Rus-Qacar müharibələrindən sonra Cənubi Azərbaycandan və Şərqi Anadoludan kütləvi şəkildə köçürülmüş erməniləri Qarabağ, İrəvan və Naxşıvana məskunlaşdıran ruslar türk dünyası coğrafiyasını parçalamağa nail oldular. Erməniləri bu ərazilərə yerləşdirməklə qardaş Türkiyə ilə Azərbaycan arasında bufer zona yaratdılar. 1923-cü ildə Sovet hökumətinin xeyir-duası ilə Dağlıq Qarabağa muxtariyyət statusu verilməsinə nail olan ermənilərin məqsədi gələcəkdə bu ərazini də Azərbaycandan qoparmaq idi.
Azərbaycan SSRİ dövründə müstəqil deyildi və bütün qərarlar sovet rəhbərliyi tərəfindən verilirdi.Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən.1991-ci il 18 ortyabrda müstəqilliyi bərpa olunan Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin 1993-cü il 15 iyunda ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə inkişaf başladı.
Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir.Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur.
26 illik atəşkəsdən sonra Azərbaycan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 44 günlük müharibə ərzində ərazi bütövlüyümüzü bərpa etdi, qisa müddət ərzində “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik.
Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub.1992-ci ildə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün təşkil edilmiş, ancaq heç bir müsbət fəaliyyəti olmayan Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər.
Müharibə Azərbaycan üçün qələbə ilə başa çatmış, havadarlarının köməyi ilə bədnam qonşularımız tərəfindən işğal edilmiş torpaqlarımız işğaldan azad edilmişdir. Artıq Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir.
Cənubi Qafqazda iqtisadi inkişaf, sosial rifah, təhlükəsizlik və əmin-amanlıq üşün Zəngəzur dəhlizinin açılması önəmli məsələdir. Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub.
Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanımalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, tolerantvə mültikultural bir ölkədir. Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul edən ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.
Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. 2021-ci il aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla da ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası asasında bərpasına başlanıb. “Ağıllı kənd” pilot layihəsi birinci, ikinci, üçüncü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası 5 komponent üzrə aparılıb. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsarrüfatı” və alternativ enerji sahələridir. “Ağıllı kand” layihəsi çərçivəsində 110 hektardan çox ərazidə tikinti işləri aparılıb, innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ekoloji ev inşa edilmişdir. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Ağalıda məşğulluq, 360 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail mütəxəssiləri də iştirak etmişlər. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı işlər görülmüş, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşmiş və minalardan təmizlənmişdir. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. “Ağıllı kənd”də 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanılması mümkün olacaq fermalar qurulub.
İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Füzuli hava limanı isifadəyə verilib. Zəngilanda da hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.
İnsanlar öz ata-baba yurdlarına qayıtmağa həvəslidirlər. Vətən müharibəsində Qarabağı heç görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getdilər. Üç minə yaxın Şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. 2022-ci mayın 27-də Müstıqillik günü ərəfısindəZəngilan rayonunun Ağalı kəndinda “Ağıllı kənd” layihəsinin birinci mərhələdi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mərasimdə iştirak ediblər. Preziden İlham Əliyev öz çıxışınsa bildirib: “Müstəqillik günü ərəfəsində biz sizinlə görüşürük, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşıvə əminəm hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Yaşasın güclü, müstəqil Azərbaycan!”
Cəlilova Təranə
Xəzər rayonu, E. Şəmiyev adina 149 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB