"Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, əməkdaşlığının bənzəri yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

“Son dövrlər Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibət ən yüksək zirvədə inkişaf etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana vaxtaşırı səfərləri bu əlaqələrin yüksələn xətt üzrə inkişafına təkan verir: “Həmçinin bu təmaslar münasibətlərimizi daha da dərinləşdirir. Əlbəttə münasibətlərin bu dərəcədə inkişaf etməsi dünyaya bir nümunədir. Çünki Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, əməkdaşlığının bənzəri yoxdur. Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində Azərbaycana səfəri də bizim üçün xüsusi fəxrdir, qürurdur. Ümumiyyətlə Azərbaycanda “TEKNOFEST”in keçirilməsi, Türkiyə hərbi sənayesinin burada sərgilənməsi, türk döyüş təyyarələrinin Azərbaycan səmalarında şou göstərməsi bütün bunlar Azərbaycan üçün fəxrdir. Eyni zamanda bu türk dünyası üçün də başucalığıdır. Bütün dünya ölkələri də bu birliyin, qardaşlığın nə qədər səmimi olduğunu görürlər. bütün dünyaya bunu nümayiş etdiririk və bununla fəxr duyuruq.

Ölkə başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlərdə bəyanatlarla çıxış etməsi onu göstərir ki, Azərbaycanla Türkiyə birdir, qardaşdır. Bu iki dövlət bölgəyə mühüm töhfələr verir. Onu da qeyd edim ki, bu festivalın Azərbaycanın 28 may Müstəqillik gününə təsadüf etməsi rəmzi məna daşıyır. Azərbaycan və Türkiyə qardaşdır, daim bir-birlərinğ dayaqdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...