Brüssel görüşündə əldə olunan razılaşma Azərbaycanın dayanıqlı sülhün təminatçısı olmasını bir daha sübut edir Anchor ŞƏRH

Brüssel görüşündə əldə olunan razılaşma Azərbaycanın dayanıqlı sülhün təminatçısı olmasını bir daha sübut edir Anchor ŞƏRH

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonrakı dövrdə də Azərbaycan dünya dövlətləri ilə uğurlu və məqsədyönlü xarici siyasi əlaqələrini davam etdirir, mütəmadi olaraq təşkil edilən qarşılıqlı səfərlərdə bu münasibətlərin gələcək perspektivləri dərin təhlil və müzakirə edilir. Azərbaycan dünyadakı bütün münaqişə və mübahisəli məsələlərin sülh yolu ilə danışıqlar masası arxasında həllində maraqlıdır. Dövlətimizin bütün səyləri də məhz bu istiqamətdədir. Ermənistanla postmünaqişə dövründə münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə baş tutan rəsmi təmaslar və aparılan danışıqlar da bunlara nümunədir. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılır.

Cari ilin may ayının 22-də Cənab Prezident İlham Əliyevin Belçikanın paytaxtı Brüsselə səfər etməsi, səfər çərçivəsində üçtərəfli görüşlər və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisi, eyni zamanda milli maraqlarımızın təmin olunmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin keçirdiyi görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format-Brüssel sülh gündəliyi yarandı. Bu gündəliyə əsasən qəbul edilən qərarlara nəzər salsaq, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarların verildiyini söyləmək olar. Belə ki, güşün nəticəsi olaraq qəbul olunan bəyanatı Avropa İttifaqının prezidenti Şarl Mişelin mətbuata açıqlaması buna bariz nümunədir.

Avropa İttifaqının prezidenti Şarl Mişel sayca üçüncü olan görüşün yekunlarına dair bəyanatı mətbuata açıqlayaraq bütün məsələlər nəzərdən keçirildiyini bildirmişdir. Humantiar məsələlər, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, saxlanılmış və itkin düşmüş şəxslərin taleyi məsələləri ətrafında müzakirələr aparılmışdır. Bundan əlavə bəyanatda bir neçə nəticələr əldə olundu: Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacağı, həmin iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacağı qeyd edilib.

Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə olunmuşdur. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplərə müsbət yanaşılmışdır. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə olundu ki, tezliklə Baş nazirlərin müavinləri bu iş istiqamətində əməli fəaliyyətə başlayacaqlar. Sülh sazişinə gəlincə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirə davam edəcəkdir. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bundan əlavə Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini irəli sürüldü ki, Azərbaycan tərəfi hər zaman Qarabağda yaşayan emənilərin hüquq və təhlükəsizliyinə təminat vermişdir.

Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işi inkişaf etdiriləcəkdir. Qeyd olunub ki, uzunmüddətli və davamlı sülhün əldə olunmasında Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır. Bütün bunlar sıx təmasların olmasını və bunun əsasında da cari ilin iyul-avqust aylarına qədər eyni formatda yenidən görüş təşkil olunacaqdır.Brüssel görüşünün nəticəsi olaraq qeyd etmək olar ki, dayanıqlı sülhün əldə olunması üçün vaxt, şərait və əhəmiyyətli fürsətlər yaranıb. Danışıqlar da, müzakirə predmeti də Azərbaycanın üstünlüyü ilə keçir. Əlbəttə ki, bunun əsas səbəbi 44 günlük Vətən müharibəsindəki şanlı Zəfər, dövlətin qurduğu de-fakto, de-yure ittifaqlar, dünyanın mövcud vəziyyətində Azərbaycanın geostrateji mövqeyi və bütün bunları həyata keçirə və təqdim edə bilən Cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsidir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə