“Müzakirələrdən qaçmaq anti-milli fəaliyyətin nəticəsidir” AÇIQLAMA
Son vaxtlar müxtəlif siyasi partiyalarla görüşlər keçirilir, müzakirələr aparılır. Ancaq maraqlı məqam ondan ibarətdir ki, AXCP və Müsavat yenə də ənənələrinə uyğun olaraq proseslərdən kənarda qalmağa üstünlük verirlər. Bu da AXCP və Müsavatın daha böyük iddialarda və hansısa kənar qüvvələrdən asılı olmaları ilə bağlıdır. Məsələ ilə bağlı fikirlərini bölüşən “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, biz dağıdıcı müxalifətin kənar qüvvələr tərəfindən idarə olunduqlarına dair fikir səsləndirəndə boğazlarını şişirdirlər ki, biz müstəqilik heç kimin buyruğu ilə oturub-durmuruq: “Məsəl var, deyərlər, hanı zığzığın, budu zığzığın. Bu gün bütün dünya, hətta Ermənistanın ağıllı başla düşünənləri belə, Azərbaycanın yaratdığı indiki geosiyasi reallığı qəbul edir. Yəni Azərbaycan illər öncə ki, əzgin durumdan qürurlu, mətin, qalib duruma gəlib çatıb və dünya da bunu qəbul etməyə məcbur olub. Bu, təkzibi mümkün olmayan bir reallıqdır və reallığı yaradan da indiki hakimiyyətdir. Xalqın, millətin arzusunda olduğu bu zirvəni fəth edən iqtidarla müzakirələr aparmaqdan qürur duymaq əvəzinə, ondan qaçmaq təbii ki, anti-milli fəaliyyətin bir parçasıdır. Bəs özünə tərəfdaşlar toplamalı olan, hakimiyyət uğrunda mübarizə aparan bir siyasi qüvvə niyə belə bir şansdan yararlanmaq istəmir? Bax, burada xoruzun nəinki quyruğu, bütöv bədəni görünür. Deməli, bu iqtidarın nailiyyətlərini istəməyən, ona kölgə salmaq istəyən qüvvələrin əlində oyuncaqdırlar və ağaları hara desə orada sürürlər. Bunu anlamaq üçün siyasətçi olmaq vacib deyil. Sıravi, ağlı başında olan hər kəs dağıdıcı müxalifətin indiki hərəkətlərini belə basa düşür və başqa cür də ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB