YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib FOTOLAR
YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 (Unity Company) ünvanında yerləşən ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib. İclasda çıxış edən ərazi partiya təşkilatının üzvü, "Unity Company" şirkətinin direktoru Fikrət Əliyev gündəlikdə duran məsələ barədə üzvlərə məlumat verib. Bildirib ki, gündəliyə əsasən ərazi partiya təşkilatının sədrinin və sədr müavininin seçilməsi müzakirə ediləcək və müvafiq qərarlar qəbul ediləcək. O, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə regionda və ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi, siyasi, sosial islahatlardan bəhs edib. Rəhbərlik etdiyi şirkətin fəaliyyətindən danışaraq vətəndaşlarımıza göstərilən xidmətin səviyyəsinin günbəgün daha da artdığını vurğulayıb. Ərazi partiya təşkilatının üzvü kimi partiyanın fəaliyyətində yaxından iştirak etdiyini, ictimai proseslərdə bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb. Ərazi partiya təşkilatının üzvü "Unity Company" şirkətinin meneceri Zərifə Arzumanova çıxış edərək, partiyanın fəaliyyətindən və gənclər siyasətindən danışıb. Ölkəmizdə gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib. Çıxışının sonunda ərazi partiya təşkilatının sədrliyinə Fikrət Əliyevin namizədliyini irəli sürüb. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.
F.Əliyev çıxışında göstərilən etimada görə, təşəkkür edib və sədr müavini kimi Zərifə Arzumanovanın namizədliyini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib. Z.Arzumanova çıxış edərək göstərilən etimada görə təşəkkür edib.YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iclasda yekun nitq söyləyərək, YAP-ın yaranma zərurətindən, 1992-ci ildə ölkədəki ziddiyyətli ictimai-siyasi proseslərdən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb və partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verib. Ölkəmizdə həyata keçirilən və müxtəlif sahələrin inkişafını təmin edən məqsədyönlü islahatlardan danışarkən bildirib ki, ölkəmizdə dövlət başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. V.İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edib. Ərazi partiya təşkilatının daha da uğurlu və səmərəli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da yüksək səviyyədə qurulması üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Yeni seçilən sədr və müavinini təbrik edərək, partiya üzvlərinə uğurlar arzu edib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB