Azərbaycanlıların ən şərəfli günü 28 Maydır - DEPUTAT AÇIQLADI

"Azərbaycan dövlətçiliyi tarixində azərbaycanlıların ən şərəfli günü 28 May günüdür. Bu gün yaranan müstəqil Azərbaycanla yanaşı, islam dünyası üçün də böyük əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, tək Azərbaycan xalqının azadlığı, əsrlərlə gözlədiyi müstəqillik deyil, həm də böyük dəyərlərlə bağlı olan bir gündür. Çünki birinci dünyəvi demokratik dövlət quruluşu idi: "Bu gün bütün dünyaya türklərin və müsəlmanların müasir dövlət qura biləcək qabiliyyətə malik olduğunu göstərdi. Azadlıq istəkləri ifadə olundu və Azərbaycan xalqı öz müstəqil demokratik dövlətini qura bildi. Demək olar ki, Azərbaycan üçün işıqlı yol yarandı. Bu işıqlı yolla Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bu yolda biz tək deyilik. Bizim hər zaman yanımızda olan Türkiyə Cümhuriyyəti var. Əslində bu işıqlı yol bir çox türk və islam köklü xalqlara böyük ümidlər bəxş edir. Mən əminəm ki, bu yolda bizimlə birgə inkişaf edən xalqlar, dövlətlər çox böyük nəaliyyətlər əldə edəcəklər. Buna nümunə kimi, Azərbaycan-Türkiyə birliyini misal çəkə bilərik. Çünki bizi sadəcə qanımız, dilimiz birləşdirmir, həm də bizi böyük dəyərlərimiz birləşdirir. Düşünürəm ki, bu dəyərlərə qoşulan digər xalqlar və dövlətlər yeni bir sistem formalaşdıracaq bu da dünyanın inkişafına böyük dəstək verəcək. 28 May Azərbaycan tarixi üçün çox böyük əhəmiyyətə sahib bir gündür. Bu gün münasibətilə xalqımızı, qardaşlarımızı, müttəfiqlərimizi təbrik edirəm”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə