Türkiyə və Azərbaycandan birgə təlim: "Heydər Əliyev-2022"

Təlim mayın 26-na qədər davam edəcək.

Türkiyə və Azərbaycan hərbçilərinin Qars şəhərində davam edən birgə təlimləri çərçivəsində Seçilmiş Müşahidəçi Günü keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində yer alan məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır.

Azərbaycan türkü qardaşlarımızla birlikdə Qarsda icra etdiyimiz “Heydər Əliyev-2022” Faktiki Atış Birgə Batalyon İşçi Qrupunun Səhra Təlimi”nin Seçilmiş Müşahidəçi Günü keçirilib.

Məlumatda təlimlərlə bağlı videomaterial da yer alıb.

Təlim mayın 26-na qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...