İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var ŞƏRH

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurlara imza atılır.İqtisadi uğurlarla yanaşı, beynəlxalq münasibətlər genişləndirilir, dünya dövlətləri ilə ikitərfli münasibətlər qurulur. Azərbaycanın dünya miqyasında nüfuzu ilbəil möhkəmləndirilir, Avropa İttifaqı və Avropa İttifaqına daxil olan 9 dövlət ilə strateji əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət sayəsində Azərbaycan uğurlu inkişaf yolu keçmiş və Avropa İttifaqı tərəfindən cəlbedici dövlət səviyyəsinə yüksəlmişdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və ardıcıl siyasət sayəsində Azərbaycan Avropa İttifaqına daxil olan dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tutur. Qarşılıqlı maraqların uzlaşdırılması və bərabərhüquqlu tərəfdaşlıq siyasətinin həyata keçirilməsi dövlətimizin xarici siyasətinin əsasını təşkil edir. Azərbaycanın yerləşdiyi mürəkkəb giosiyasətin kəsişdiyi məkanda yuxarıda qeyd olunan xarici siyasətin həyata keçirilməsi olduqca çətin məsələdir. Ancaq bu çətinliklərə baxmayaraq cənab Prezident mümkün olan bütün xarici təsirləri minumuma endirərək, tam müstəqil dövlət siyasətinin həyata keçirilməsinə nail ola bilmiş və bu gün də uğurla davam etdirilir. Azərbaycanda ən yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir, beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edilir. Dünya dövlətlərinin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin dövlət və ya hökümət rəhbərlərinin Azərbaycana səfərləri təşkil olunur. Yüksək dövlət rəsmilərinin səfərləri zamanı Azərbaycanın maraqlarına xidmət edən dövlətlərarası mühüm sənədlər imzalanır.

18 may 2022-ci il tarixində Bakı şəhərində Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan - Litva biznes formu və həmin tədbirdə Litva Respublikası Prezidenti cənab Gitanas Nausedanın iştrakı və bir çox sahələrə dair müqavilələrin imzalanması Respublikamızın beynəlxalq sahədəki fəaliyyətində mühüm hadisədir. Qeyd olunan tədbirin Bakıda keçirilməsi Azərbaycan-Litva münasibətlərinin ən yüksək səviyyədə olunduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasına öz töhvəsini verməkdir. Bu məzmunlu tədbirlərin keçirilməsinin digər faydas da Azərbaycan həqiqətlərinin, o cümlədən Azərbaycan -Ermənistan problemi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Cənab Prezident İlham Əliyev Azərbaycanın təmsil olunduğu bütün tədbirlərdə Ermənistanın bölgədə apardığı pozuculuq fəaliyyəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları, beynəlxalq hüquq normalarına məhəl qoymaması, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların qəsdən və bilərəkdən pozması, son nəticədə məsələnin hərbi yolla həllinə gətirib çıxarması haqqında geniş və izahlı məlumat verir. Cənab Prezident İlham Əliyev Azərbaycan-Litva biznes formunun iştrakçılarına Ermənistanın sərgilədiyi mövqe və 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət haqqında geniş məlumat verdi. Cənab Prezident Azərbaycanın Cənubi Qafqazda sabitlik və əminamanlığın olmasında, 3 Cənubi Qafqaz Respublikalarının əməkdaşlığın olmasında maraqlı olduğu, bu istiqamətdə fəal iş apardığı qeyd edildi. O bildirdi ki, Azərbaycan regionda yeni əməkdaşlıq modellərini təkilf edir. Lakin Ermənistan sözdə belə əməkdaşlığın olmasını təsdiq etsə də, əməli fəaliyyətində bunun ziddinə çıxır.

Cənab Prezident Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə 6 aprel 2022-ci il tarixində Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və bu görüşdə əldə olunmuş razlaşmalardan danışdı. Cənab Prezident bildirdi ki, Azərbaycanla- Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsalanan 5 prinsip müəyyənləşdirilərək Ermənistana təqdim edilmişdir. Ermənistan sözdə bu prinsipləri qəbul etdiyini bildirsə də, faktiki fəaliyyətlərində bunun icrası istiqamətində lazımı işləri görmür. Bu da onların probleminin həllində maraqlı olmadıqlarının göstəricisidir. Digər tərəfdən Ermənistanın mövcud iqtidarı xarici təsirlər və revonşist qüvvələr qarşısında acizdir və sərbəst qərar qəbul etməkdən çəkinirlər. Lakin mövcud reallıq onu deməyə əsas verir ki, proseslər ləng getsə də son nəticədə regionda sabitliyə və əməkdaşlığa nail olunacaqdır.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə