Aİ ilə əməkdaşlıq bir çox sahələri özündə ehtiva edir - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan və Avropa İttifaqı arasında artıq çoxşaxəli, uğurla inkişaf edən əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bir çox sahələri özündə ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, artıq Avropa ilə bu iqtisadi əlaqələr uzun tarixə bağlıdır: “Hər il bütün sahələrdə inkişaf yüksələn xətlə davam edir. Siyasi baxımdan da Azərbaycan və Aİ əlaqələri yaxşı səviyyədədir. Son illərdə Aİ-nin prezidenti Şarl Mişelin Azərbaycana səfəri, eynilə də Azərbaycan Prezidentinin dəfələrlə Aİ rəhbərliyi ilə görüşləri bu münasibətlərin yaxşı formada olduğunu göstərir. Artıq post-münaqişə dövründə Aİ iki ölkə arasındakı bu bitmiş münaqişənin, Azərbaycanın təklif etdiyi sülh proseslərinə aktiv qoşulması, eyni zamanda bu təklifləri Aİ-nin qəbul etməsi həm də siyasi anlamda onu deməyə əsas verir ki, artıq bizim hərtərəfli, siyasi əməkdaşlığımız yaxşı formadadır.

Hazırda Aİ-ə üzv olan bir çox ölkələrlə də Azərbaycan arasında qarşılıqlı əlaqələr mövcuddur və bu əlaqələr daha da inkişaf edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə