Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...