Ermənistandakı etiraz aksiyaları zamanda dayanacaq - PARTİYA SƏDRİ AÇIQLADI

"Ermənistandakı etiraz aksiyaları Azərbaycan ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişinə qarşı yönəlib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, erməni müxalifəti bu danışıqları pozmaq istəyir: "Onlar hesab edirlər ki, bu gün Azərbaycan ilə sülh sazişinin imzalanması Ermənistanın xeyrinə ola bilməz. Ermənistanda keçirilən etiraz aksiyalarının nəticələrinin olacağına inanmıram. Paşinyan kifayət qədər güclü mövqedədir. Ermənistan müxalifətinin dəstəyi yoxdur. Buna görə də Paşinyan şübhəsiz ki, danışıqları davam etdirməyə çalışacaq. Doğrudur, mövqelərimiz arasında kifayət qədər fərq var. Bu da onu göstərir ki, hələ danışıqlar kifayət qədər uzun çəkə bilər. Ancaq erməni müxalifəti Paşinyanı danışıqlardan imtina etməyə məcbur edə bilməz. Hesab edirəm ki, hər şey nəzərdə tutulan plan üzrə davam edəcək. Ermənistan müxalifətinin bu cür etiraz aksiyaları düşünürəm ki, yaxın zamanda dayanacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...