İƏT PA-nın Üçüncü Ümumi Konfransının Bakı bəyannaməsi imzalanıb

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının Bakı bəyyanaməsi qəbul edilib.

SİA-nın məlumatına görə, bəyannamə konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanıb.

Qeyd edək ki, Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir. Konfransda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılır.

Konfrans zamanı İƏT PA-ya sədrlik Azərbaycana keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə