"Xarıbülbül" festivalı bundan sonra bizim həyatımızın bir hissəsi olacaq - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Sovet dövründə də “Xarıbülbül” festivalı Azərbaycan üçün böyük bir hadisə idi. Bununla biz tariximizin və mədəniyyətimizin dərinliyini, Azərbaycan xalqının öz mədəni irsinə bağlılığını nümayiş etdiririk”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra qısa bir müddət ərzində Şuşada artıq 2-ci dəfə bu festivalı keçirmək mümkün oldu: “Baxmayaraq ki, Şuşa tam bərpa edilməyib və hələ Şuşamız arzuladığımız səvviyədə deyil amma bununla belə minimal imkanlarla bütün dünyanın diqqətini cəlb edən bir festivalın keçirilməsi mümkün oldu. “Xarıbülbül” festivalı bizim torpağımıza, mədəniyyətimizə və irsimizə bağlılğımızın nümunəsidir. Ötən ildən fərqli olaraq bu il festivalda mədəniyyət nümyəndələri də iştirak etdilər. Görünən budur ki, ildən-ilə bu festivalın iştirakçılarının sayı getdikcə artacaq. Biz bir daha bütün dünyaya mədəni və yaradıcı xalq olduğumuzu göstərdik. Bizdən fərqli olaraq Ermənistan 30 il ərzində bu torpaqları viran qoyaraq, mədəniyyət irsi olan Şuşada böyük dağıntılar törətdi. Bu gün işğaldan azad olunan zonanı ziyarət edənlər xarici nümayəndələr iki sivilzasiya arasındakı fərqi aydın seçə bilirlər. "Xarıbülbül" festivalı bundan sonra bizim mədəni həyatımızın aydın bir hissəsi olacaq. Bu sevinci bizə yaşadan Ali Baş Komandan və torpaqlarımız uğrunda vuruşan şəhidlərimizə, qazilərimizə öz minnətdarlığımızı bildiririk”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə