İran Azərbaycanla bağlı məsələlərə daha həssas yanaşmalıdır - SORĞU

İşğaldan yeni azad olunmuş Şuşa şəhərində artıq bir neçə beynəxalq əhəmiyyətli tədbirlər keçirilib. Biz də SİA olaraq, bu cür tədbirlərə İran tərəfinin necə münasibət bəslədiyi ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndik:

Ceyhun Məmmədov: “Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında, qorunmasında maraqlı olub. Azərbaycan hər zaman bu məsələyə həssas yanaşıb. Qeyd etmək lazımdır ki, bəzən rəsmi qurumlar, bəzən də qeyri-rəsmi qurumlar bir sıra hallarda münasibətlərə xəlil gətirə biləcək fikirlər, bəyanatlar verildiyinin şahidi olmuşuq. Əlbəttə istərdik ki, Azərbaycanda, Şuşada keçirilən tədbirlərdə də İranın da aidiyyatı qurumları, mədəniyyət xadimləri iştirak etsinlər. Bir sıra hallarda İranla Ermənistan münasibətləri amili nəzərə alınır və buna görə də İran bəzən daha ehtiyyatlı addımlar nümayiş etdirir. Amma biz hər zaman olduğu kimi deyirik ki, İran da, Azərbaycan da müsəlman ölkəsidir. İran Azərbaycanla bağlı məsələlərə daha həssas, daha diqqətlə yanaşmalıdır. Azərbaycanın da müsəlman ölkəsi olduğunu nəzərə alaraq, Azərbaycana daha böyük dəstək nümayiş etdirməlidir. Hesab edirik ki, bu baxımdan biz addımların atılmasını zəruri hesab edirik. Bir müddət bundan əvvəl Şuşada Azərbaycan diaporunun tədbir ilə də bağlı İranın ayrı-ayrı qurumları tərəfindən ikitərəfli münasibətlərə uyğun olmayan fikirlər səsləndirilmişdi. Amma Azərbaycan bununla da bağlı mövqeyini bildirdi. Hesab edirik ki, İranla Azərbaycan münasibətləri inkişaf etməlidir”.

Millət vəkili Asim Mollazadə: “İranın Şuşada keçirilən böyük beynəlxalq və mədəni tədbirlərə qısqanclıqla yanaşmaqlarının səbəbi onların dəfələrlə bəyan etdiyi bir məsələ ilə bağlıdır. Onlar dəfərlərlə, hətta parlamentdə belə bəyan ediblər ki, Ermənistanla bir millət iki dövlətdirlər. Buna görə də bir çox məsələlərdə Ermənistanın mövqeyini tutduqlarına görə, Şuşadakı tədbirlərə qısqanclıqla yanaşırlar. Azərbaycanın ərazi bütövlüyünü Ermənistan nöqteyi nəzərdən yanaşırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə