“Qaranlıq dairələrin sifarişi ilə keçirilən qanunsuz aksiya pozuculuğa cəhd idi” AÇIQLAMA

“2-ci Qarabağ müharibəsindən sonra istər ölkə daxilində, istərsə də ölkə xaricində əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biri cəmiyyətimizin vahid mövqedən çıxış etməsi, birliyimiz, həmrəyliyimizdir. Məhz bu birlik sayəsində Azərbaycan dövləti, xalqı 30 illik düşmən işğalına son qoyaraq erməni faşizminə qalib gəldi”. “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, əldə etdiyimiz Qələbə bir çoxlarını razı salmır: “İllər boyu ölkəmizə qarşı məkrli planlar həyata keçirənlər Qələbəmizə kölgə salmaq, uğurlarımızın davamlı olmasını əngəlləmək üçün müxtəlif ssenarilər hazırlayır, daxildə və xaricdə olan "tərəfdaşları" ilə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Bəzi ictimai fəalların və siyasi partiya nümayəndələrinin, qaranlıq dairələrin sifarişi ilə keçirdiyi qanunsuz aksiya pozuculuğa cəhd idi. Ancaq istəklərinə nail ola bilmədilər. İndi dövlət və xalq olaraq qarşımızda dayanan bir neçə mühüm vəzifə var. İşğaldan azad edilmiş ərazilərin bərpası, qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qaytarılmasını təmin etmək, Qarabağ ərazisində dövlətimizin suverenliyini tam şəkildə bərpa etmək, düşməni sülhə məcbur etmək... Bu məqsədlərin həyata keçirilməsi üçün Azərbaycanın öz gücünə yaratdığı yeni reallıqlar qeyd etdiyim kimi, bir çox ermənipərəst xarici qüvvələrin maraqlarına zərbə vurur. Dünyada baş verən çaxnaşmalar və qeyri-sabit vəziyyətin Azərbaycanda da yaşanmasını arzulayanlara bu fürsəti verməməli, daxili birliyimizi, həmrəyliyimizi qoruyub saxlamalıyıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə