Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır - FOTOLAR
YAP Yasamal rayon ərazi ilk partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib. "Dadaş Bünyadzadə küçəsi 1" ünvanında (286 saylı tam orta məktəb) yerləşən YAP Yasamal rayon ərazi ilk partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon təşkilatının təşkilati məsələlər üzrə məsləhətçisi Ülviyyə Əliyeva, ərazi ilk partiya təşkilatının sədri Samir Mehdizadə və digər partiya fəalları iştirak ediblər. Tədbirin rəsmi hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə yaradılmış Heydər Əliyev və Zəfər Muzeyi, Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə yaradılmış abidə kompleksi və guşə ziyarət olunub. Qeyd edək ki, Qarabağ müharibəsində 286 saylı tam orta məktəbin 5 nəfər məzunu qəhrəmancasına şəhid olmuşdur. Tədbirin rəsmi hissəsində öncə Ulu Öndər Heydər Əliyevin və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. B.Nəbiyev bildirib ki, bu istiqamətdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti də çox əhəmiyyətlidir."Dadaş Bünyadzadə küçəsi 1" ünvanında (286 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatının sədri Samir Mehdizadə bildirib ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndərin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda vətənimiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB