Onlar Paşinyanı devirmək istəyirlər - POLİTOLOQ DANIŞDI

Onlar Paşinyanı devirmək istəyirlər - POLİTOLOQ DANIŞDI

“Ermənistandakı iğtişaşların arxasında əlbəttə ki, revanşist qüvvələr dayanırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.


Onun sözlərinə görə, onların arxasında Ermənistanı tərk etmiş iri biznes nümayəndələri, onların maraqları, eyni zamanda da, diaspor dayanır: “Diasporda isə daha çox Qərb və Rusiya diasporunun üzvləri dayanır, onların maraqları dayanır. Qərb diasporunun maraqlarını Daşnaqsütyun partiyasının nümayəndələri həyata keçirirlər. Ermənistanın paytaxtı İrəvanda və müxtəlif bölgələrdə mitinqlər, aksiyalar keçirirlər. Çox fəal olaraq iğtişaşlar yaradırlar. Təəssüflər olsun ki, Qərb diasporunun nümayəndələri qardaş Türkiyə və Azərbaycanla barışmaz mövqedə dayanıblar. Ona görə də Paşinyanın Azərbaycana və qardaş Türkiyəyə qarşı olan addımlarını pisləyirlər. Onların məqsədi bəllidir. Onlar Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Köhnə rejimlə Ermənistanı idarə etmək istəyirlər. Ona görə də bu cür aksiyalar keçirilir. Öz əlaltıları ilə köhnə rejimlə ölkəni idarə etməyi planlaşdırırlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə