Bu dəstək Ukrayna əhalisinin ruh yüksəkliyini kifayət qədər artıracaq - DEPUTAT ŞƏRH ETDİ

Bu dəstək Ukrayna əhalisinin ruh yüksəkliyini kifayət qədər artıracaq - DEPUTAT ŞƏRH ETDİ

“Rusiya-Ukrayna müharibəsi artıq iki aydan çoxdur ki, davam edir. Əslində heç kim müharibənin bu qədər uzun müddət davam edəciyini proqnozlaşdırmırdı. Hazırda isə müharibənin gedişi göstərir ki, üstünlük sözsüz ki, Ukrayna tərəfindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, ABŞ-ın 40 milyard dollar pul vəsaiti ayırmasından sonra bu üstünlük özünü daha aydın göstərəcək: “Üstəlik artıq 40 dövlətin iştirakı ilə yaranan anti-Rusiya koalisiyası Marşal planını reallaşdırmaqdadır. Bu zəmin üzərində həm Ukrayna ordusunun yeni, müasir silahlarla təchizatı, həm də ölkədə əhalinin və ordunun ruh yüksəkliyi ölçüyəgəlməz dərəcədə artacaq. Bu zəmində də güman edirəm ki, Ukrayna öz ərazi bütövlüyünü təmin edəcək və Rusiya işğalçılarını ərazisindən qovub çıxaracaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə