AĞSTAFADA ŞƏHİD RAMİZ MUSTAFAYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB FOTOLAR

AĞSTAFADA ŞƏHİD RAMİZ MUSTAFAYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB FOTOLAR

11 may 2022-ci il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum günü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhidimizin ailə üzvləri, şəhid ailələri, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbir çərçivəsində həmçinin digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.Daha sonra tədbir iştirakçıları şəhid Ramiz Mustafayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə