Hacıqabulda Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
10 may 2022-ci il tarixində Azərbaycan tarixinin nadir şəxsiyyətlərindən biri olan, öz həyat salnaməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan, öz millətinə, xalqına həmişə xidmət edən və bu xidmətləri ilə Azərbaycanlıların qəlbində, yaddaşında əbədiləşən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Hacıqabul rayonunda tədbir və konsert proqramı keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və bir qrup ictimaiyyət nümayəndələri, partiya fəalları iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə tər gül dəstələri düzdülər. Tədbirin davamında şəhər Mədəniyyət Evində təşkil edilmiş kitab sərgisi və məktəblilərin əl işləri nümayiş etdirilib. Tədbirdə respublikamızın və rayonumuzun tanınmış mədəniyyət və incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB