Ulu Öndərin anadan olmasının 99-cu ildönümü Ağstafada qeyd olunub FOTOLAR

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü Ağstafada qeyd olunub FOTOLAR

Ümumrayon tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul işçiləri, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabitlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra əbədiyaşar liderin mənalı ömür yoluna həsr olunmuş foto şəkillərdən ibarət mərkəzin salonları ziyarət olunub. Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzin böyük akt zalında davam etdirilib. Rəsmi hissəyə keçmədən öncə xalqımızın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.

Daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və başqa çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində misilsiz xidmətlərindən ətraflı danışıblar.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaratmışdır.Əgər ulu öndərin ötən əsrin 70-80-ci illərində qurub-yaratdığı, inkişaf etdirdiyi Azərbaycan olmasaydı bu günümüzün mühüm naliyyətlərindən danışmaq çətin olardı.Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Çünki onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. 30 ilə yaxın müddətdə düşmən nəzarətində olan Qarabağ əbədi azadlığa qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyi bir daha təsdiqlənmişdir.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə