Azərbaycanın bugünkü inkişafı Ulu Öndərin uğurlu siyasətinin davamıdır - DEPUTAT DANIŞDI
“Hər bir xalq tarixi şəxsiyyətləri ilə fəxr edir. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının tarixində böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyətə gəldikdə Azərbaycan aqrar bir ölkə kimi tanınırdı: “Müttəfiq respublikaları arasında axırıncı yerlərdən birində qərar tuturdu. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də hakimiyyəti dövründə Azərbaycanı sənaye aqrar ölkəsinə çevirmək oldu. Heydər Əliyev yaxşı başa düşürdü ki, hər bir müttəfiq respublikanın müstəqilliyi əlindən alınsa da elə məsələlər var ki, onun da haqqı var. Haqqını tələb etdiklərindən biri də hərbi məktəblər idi. Mərkəzlə uzun müddət mübarizə aparıldı, 1974-cü ildə Cəmşid Naxçivanski adına hərbi məktəbin yaradılmasına nail olundu. Hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərirdi. Azərbaycanla başqa dövlətlər arasında inteqrasiyanı gücləndirir, gənc mütəxəssislərimizin inkişafına xidmət edəcəyinə əmin idi. Heydər Əliyev Azərbaycanlı gənclərin hərbi xidmətlə bağlı problemlərinində həll etdi. Qayda belə idi ki, Azərbaycanlı gənclər hərbi xidmətə yollandıqda ən çox inşaat batolyanlarında olurdu. Heydər Əliyev isə fikirləşirdi ki, Azərbaycan gənci də Sovet dövlətinin hərbi hissələrində olan ən müasir silahları öyrənməlidir. Buna da müəyyən qədər nail olundu.
Eyni zamanda Azərbaycan neftinin və qiymətinin başqa ölkələrə pulsuz verilməsi məsələsini də nəzaritin də Heydər Əliyev müəyyən hissəsini nəzarətə götürə bildi.
Heydər Əliyevin fəaliyyətinin ikinci dövrü Sovet dövlətinin idarəçiliyi ilə bağlıdır. Heydər Əliyev yeganə türk müsəlmandır ki, 70 il hakimiyyət sürən Sovet imperiyasını idarə edənlərdən biri olub. Bu nə Özbəkistana, nə Qazaxıstana, nə Türkmənistana, nə də başqalarına nəsib olmayıb. Bu dövləti idarə edən yeganə türk müsəlman Heydər Əliyev olub.
Heydər Əliyev dünya liderləri arasında tanınırdı, onun bacarığı hamını heyran edirdi.
Heydər Əliyevin fəaliyyətinin üçüncü dövrü Naxçıvanla bağlıdır. Yəni Azərbaycanın müstəqiliyyini elan etdi. Amma bu müstəqilliyin bəhrəsini görə bilmədi.
Heydər Əliyev bu dövrdə bütün çətinliklərə rəğmən Naxçıvanı müdafiə etdi.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri ən nəhayət Azərbaycana gəlişi, Azərbaycanı qorumağı və vətəndaş müharibəsini aradan qaldırmaq oldu. Azərbaycanın iqtisadiyyatını gücləndirmək üçün əsrin müqaviləsi imzalandı.
Bir tərəfdən ölüm hökmü, bir tərəfdən isə senzura ləğv edildi.
Həmin dövrdə təbii ki, dünyanın Azərbaycana və Ermənistana münasibəti eyni deyildi. Təəssüflər olsun ki, dünya bu mövzuda Azərbaycanın haqqını ona vermədi. Təbii ki, Heydər Əliyev Sovet dövründən fərqli olaraq, müstəqil Azərbaycanın konstitusiyasını təstiq etdi. Müstəqil Azərbaycanın ilk parlament seçkiləri keçirildi.
Bununla da Azərbaycan dünya dövlətlərinin sırasına daxil oldu. Heydər Əliyevdən sonra da bu siyasəti İlham Əliyev uğurla davam etdirdi. 44 günlük müharibənin uğurla başa çatmasının bünövrəsi də elə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Heydər Əliyevin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri Azərbaycançılıq ideyasının əsasını qoymaq oldu. Bu gün həm Azərbaycançılıq ideyası, həm də Azərbaycanla Türkiyə arasında münasibətlər ən böyük zirvəyə çatıb. Bu gün artıq güclü bir Azərbaycan var. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin davamıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB