Aksiyaların əsas məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır - HƏRBİ EKSPERT AÇIQLADI

Aksiyaların əsas məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır - HƏRBİ EKSPERT AÇIQLADI

“Dövlət sərhəddində təxribatların baş verməsinin səbəblərini müxtəlif cür analiz etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, birinci və ən əsas səbəb məsələnin siyasi tərəfidir: “Belə olan halda ortaya bir sıra məqamlar çıxır. Ermənistan cəmiyyəti təbii ki, bu gün də Azərbaycan ilə bağlı olan bütün məsələlərdə, xüsusən də hərbi qarşıdurmalarla bağlı olduqca diqqətlidir. Adətən birləşmək və iqtidar-müxalifət məsələlərini kənara qoymaq kimi fikirlər səsləndirir və mövqe nümayiş etdirirlər.

Bu gün Ermənistanda xüsusilə də İrəvanda birmənalı olaraq mövcud hakimiyyətə qarşı aksiyalar keçirilir. Bu aksiyaların keçirilməsinin əsas məqsədi Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Paşinyanın hakimiyyəti isə belə bir vəziyyətdə ən optimal variantdan istifadə etməklə vəziyyətdən çıxış yolu tapmağa çalışır. Hesab edirəm ki, bu, əsas məqamlardan biridir. Bu cür halları revanşist qüvvələrin fəallaşması kimi dəyərləndirmək və ya qələmə vermək doğru deyil. Bu məsələdə yeganə yol İrəvanda baş verən siyasi hadisələrdən diqqəti yayındırmaqdır. Bundan əlavə həmçinin beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətini Azərbaycan-Ermənistan gərginliyinə yönəltməkdir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə