Oğuzda Ümummilli Liderin 99 illiyinə həsr edilmiş konsert keçirilib FOTOLAR

Oğuzda Ümummilli Liderin 99 illiyinə həsr edilmiş konsert keçirilib FOTOLAR

Bütün ölkə ərazisində olduğu kimi, Oğuz rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib. Mayın 10-da Ulu Öndərin anım günü münasibətilə, rayon rəhbərliyi və Oğuz ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayonun Heydər Əliyev parkında abidəsi önünə gül dəstələri qoyulub.

Daha sonra, Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı təqdim olunub.Tədbirdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Heydər Əliyev dühasının Azərbaycana verdiyi töhfələrdən, onun siyasi irsindən və müasir Azərbaycanın uğurlarından, Ulu Öndərin gələcəyə hesablanmış inkişaf strategiyasından danışıb.

Ədəbi-bədii kompozisiyalarla davam edən tədbirdə, həmçinin, Ümummilli liderin 99-cu ildönümünə həsr edilmiş yarış və müsabiqələrin qalibləri YAP Oğuz rayon təşkilatı tərəfindən diplom və medallarla təltif olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə