Qazax rayonunda Ümummilli Liderin abidəsi ziyarət olunub - FOTOLAR

Qazax rayonunda Ümummilli Liderin abidəsi ziyarət olunub - FOTOLAR

May ayının 10-da Qazax rayonunda Türk dünyasının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, anım mərasimində YAP Qazax rayon təşkilatı Aparatının işçiləri, eyni zamanda, rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların kollektiv üzvləri də Qazax şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderimizin əzəmətli abidəsini ziyarət ediblər.

​Aparat işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə