Dövlət başçısının Sərəncamı ilə ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib
Sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən ölkə olaraq da tanınıb. Müxtəlif məzmunlu tədbirlərin keçirilməsi ölkəmizin sabitlik, əmin-amanlığın hökm sürdüyü diyar olduğunu təsdiqləmiş oldu. İqtisadi inkişafımız da, məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə kifayət qədər idman yarışları da keçirilib ki, bu da dünyanın idman nəbzinin Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhərdə döyünməsinə səbəb olub. Azərbaycanın inkişafı, möhtəşəm nailiyyətlər ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və konfranslara ev sahibliyi etməsinə səbəb olub. Paytaxt Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forumu, Caz Festivalı, "Eurovision-2012" musiqi yarışması, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və onlarla belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi və yüksək imici səbəbdir.
Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuş və bu gün də belədir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuş oldu. Keçirilən tədbirlər sırasında ölkəmizdə keçirilən və dünyanın diqqətini cəlb edən ən əhəmiyyətli idman tədbirlərindən biri olan "Formula - 1" yarışmasıdır. Azərbaycanın idman tarixində yeni bir səhifə olan "Formula-1" yarım əsrdən artıq tarixində yaddaqalan zamanını yaşayır. 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilən "Formula-1" yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Azərbaycan növbəti dəfə "Formula - 1" yarışmasına ev sahibliyi edəcək. Dövlət başçısının imzaladığı "2022 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" Sərəncama əsasən, 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il mayın 10-dan iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.
Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədədir. Bu günə qədər keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan kütləvi yarışların keçirilməsinə tam hazırdır və yarışlara hazırlıq yüksək səviyyədə həyata keçirilir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB