“Məsələnin görünən tərəfi odur ki, etiraz aksiyalarını təşkil edənlər uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında son günlər Ermənistanda baş verən prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin şəxslər Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallıqlarını qorumaq istəyirlər: "Biz baş verən prosesləri izləyirik. Həmin qüvvələrə ictimai dəstəkdən söhbət gedə bilməz. Onların arxasınca gedənlər ən yaxşı halda 5-6 min nəfərdir. Artıq xalq onların yalan vədlərinə inanmır".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB