“Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətləri tarix 100 ildən bir yetişdirir”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanın iqtisadiyyatını gücləndirdi: “Azərbaycanlılardan ibarət kadr potensialının artırılması istiqamətində çox böyük işlər gördü. Bu gün idarəçilikdə olan şəxslərin çoxu Ulu Öndərin dövründə digər ölkələrdə təhsil alıb daha sonra Azərbaycana qayıtmış insanlardır. Ulu Öndər hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən qurtardı. Daha sonra isə Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində müharibənin müvəqqəti dayandırılması üçün müəyyən addımlar ataraq atəşkəs əldə olundu.
Ulu Öndər Azərbaycan mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin dirçəldilməsində çox mühüm rolu var. O, bir dövlət başçısı kimi yox, Özü qəlbən bu sahələrə yaxın olaraq sahələrdəki müəyyən problemləri və çətinlikləri gördükcə onu aradan götürərək bu sahələrin dirçəldilməsinə xidmət etdi. Nəticə etibarilə Ümummilli Lider xalqın birliyinə nail oldu. Bundan sonrakı dövrlərdə onun davamçısı cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində xalq birliyi daha da möhkəmləndi. Bununla biz 30 ildən sonra torpaqlarımızı işğaldan azad etməyə nail ola bildik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB