Nə qədər ki, Azərbaycan var Heydər Əliyevin ideyaları hər zaman yaşayacaq - MiLLƏT VƏKİLİ AÇIQLADI
"10 May hər birimiz üçün tarixi bir andır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ramin Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin qurucusu, torpaqlarımızı parçalanmaqdan, bizi bölünməkdən və xaosdan qoruyan eyni zamanda bir dövlət və millət kimi formalaşmağımızda mühüm rol oynayan qüdrətli liderimiz Ulu öndər Heydər Əliyevin doğum günüdür: "Ulu öndərin 99-cu ildönümünə həsr olunan bir çox tədbirlər baş tutur. Bu tədbirlərdə edilən çıxışlar və ifadə olunan sözlərin özünü azərbaycanlı kimi hiss edən hər bir vətəndaşın ürəyindən keçən fikirlərdir. Nə qədər ki, Azərbaycan var və dünya mövcuddur Heydər Əliyev kimi dahi şəxsiyyətin ideyaları hər zaman yaşayacaq. Biz hər zaman dahi şəxsiyyətimizə borcluyuq. Torpaqlarımızı düşmən tapdağından azad edən Ulu öndər Heydər Əliyevin amallarını irəliyə doğru aparan və Azərbaycanın qüdrətli və güclü bir dövlət olması üçün əlindən gələni edən cənab Prezident İlham Əliyev güclü bir siyasət həyata keçirir. Biz də bu siyasətə sahib çıxmalı və bundan sonrakı proseslərdə hər zaman onun yanında olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB