Heydər Əliyevin duhası ilə Azərbaycanı işıqlı sabahlar gözləyir

Heydər Əliyevin duhası ilə Azərbaycanı işıqlı sabahlar gözləyir

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycandövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvidövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbuledilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbitolunması, hüquq normalarının və qanunvericilikbazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması vəmüvafiq dövlət qurumlarının formalaşdırılması HeydərƏliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslıquruculuq proqramının tərkib hissələridir. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixracedən ölkəyə çevrilməsi, milli neft strategiyasınınuğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcıneft şirkətləri ilə müqavilələrin bağlanması, neftsənayesinin müasir tələblərə uyğun infrastrukturununqurulması, neftin Bakı–Tbilisi–Ceyhan, BakıSupsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsiləşaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevinxidmətləridir. Azərbaycanda qeyri-neft sektorununuğurla inkişaf etdirilməsi də Heydər Əliyevinuzaqgörənliyinin məntiqi nəticəsidir. Ulu öndərinvaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyinaçılması ilə həyata keçirməyə başladığı müdrik siyasətimilli ordumuzun formalaşması və Azərbaycan SilahlıQüvvələrinin yaradılması mərhələlərindən keçərəkonun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasınagətirib çıxarmışdır. Ana dilimizin dövlət dili kimitətbiqində, onun imkanlarının genişləndirilməsi vəAzərbaycan xalqının ən böyük sərvəti kimidəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin roludanılmazdır.

Heydər Əliyevin rəhbərliyi altında milli maraqlaraəsaslanan və siyasi perspektivləri nəzərə alan xaricisiyasət kursu müəyyənləşmiş, dünyanın aparıcıdövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlımünasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasətiölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərəkbeynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı vətəşəbbüskar dövlət olaraq tanınmasına xidmətgöstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdəatdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızınfəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlbolunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinə dünya ictimaiyyətinin münasibətidəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü vəsərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır. Azərbaycanxalqının 30 il həsrətində olduğu Qarabağın Ali BaşKomandanın rəhbərliyi və rəşadətli AzərbaycanOrdusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətənmüharibəsində erməni işğalçılarından azad edilməsi dəməhz Heydər Əliyev ideyalarının təntənəsidir.

Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxretmişəm, bu gün də fəxr edirəm ki, mənazərbaycanlıyam” sözləri dünya azərbaycanlılarınınşüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməldaşına çevrilmişdir. Müstəqil AzərbaycanRespublikasına rəhbərlik etdiyi illər ərzində HeydərƏliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlüsiyasət nəticəsində Azərbaycan diasporutəşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıxbağlılığını nümayiş etdirmişdir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanınmüasir simasını müəyyənləşdirmiş və xalqımızıntaleyində silinməz izlər qoymuşdur. Onun siyasətinəticəsində əldə olunan misilsiz nailiyyətlər gözqabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşəngörkəmində, şəhər və rayonlarımızın sürətləmodernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasihəyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin nurlu adı, Vətəni naminə gördüyüböyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır. Heydər Əliyevin duhası ilə tarixinin şanlı səhifələriyazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlargözləyir. Buna heç kəsin şübhəsi yoxdur. Çünki onunbaşladığı və uğurla həyata keçirdiyi siyasi kursundavam etdirilməsi xalqın ən başlıca arzusudur və buistəyi də Heydər Əliyev məktəbinin layiqli davamçısıprezident İlham Əliyev uğurla reallaşdırır. Bu günAzərbaycan prezidenti İlham Əliyev atasından əxzetdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətlərişərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinətətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraqtəkmilləşdirib inkişaf etdirir.

Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə