Xızıda Ümummilli Liderə həsr edilmiş konfrans keçirilib - TƏDBİR

Xızıda Ümummilli Liderə həsr edilmiş konfrans keçirilib - TƏDBİR

06 may 2022-ci il tarixdə YAP Xızı rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümü ilə əlaqədar konfrans keçirilib. Tədbir iştirakçıları ilköncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev qeyd edib ki,1990-cı illərin əvvəlində müstəqilliyimizin itirilməsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü, Azərbaycanı zirvələrə yüksəldərək, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir.

Tədbirdə YAP Xızı rayon təşkilatının Xızı şəhər ərazi ilk partiya təşkilatının sədri Tural Fərəcov, Maliyyə ərazi partiya təşkilatının sədri İndira Şəmsivari və “Poçt” ərazi partiya təşkilatının sədr müavini Lalabəyim Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar.

Daha sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə partiya vəsiqələri təqdim edilib.

Tədbirin sonunda YAP Xızı rayon təşkilatının fəallarına Fəxri Fərmanla təltif edilib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə