Qobustan rayonunda, Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ulu Öndər və müstəqil Azərbaycan" mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil olunmuş ekskursiyada iştirak etmişlər. Ekskursiya zamanı Mərkəzin muzey bələdçisi Mələkxanım Mirzəliyeva tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib. Daha sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov açıb və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra konfransda Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmin nümayişi böyük diqqətlə izlənilib.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası veteranı Əlisəfa Cəbiyev, Uşaq İncəsənət Musiqi məktəbinin direktoru Zaur Cəfərov, Partiya fəalları Aynur Axundova, Anar İrzaquliyev, Sədaqət Məhərrəmova bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi bütün nəsillərin yaddaşında yaşayır. Qeyd olunub ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub və bu gün Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan dövləti durduqca, Azərbaycan Xalqı yaşadıqca Ulu Öndərin xatirəsi əbədi yaşayacaq, dərin hörmət və ehtiramla yad olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB