Heydər Əliyev Azərbaycanı dünyaya müstəqil dövlət kimi tanıdıb - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqil, güclü və qüdrətli dövlət kimi tanınmasında, inkişafında misilsiz xidmətləri olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdi, yürütdüyü siyasət məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamıdır: “Ümumiyyətlə, Azərbaycan dövlətinin bu gündə bu cür inkişaf etməsinin təməlində ulu öndərin misilsiz xidmətləri, eyni zamanda cəsarəti və Azərbaycanın ağır vaxtlarında düzgün istiqamət tutaraq addımlaması, düzgün hərəkətləri və xalqən sevgisindən irəli gələn səyləri durur. Düşünürəm ki, bugünkü gündə də Azərbaycan xalqının həmrək olmasında, eyni zamanda Azərbaycan dövlətinin durmadan inkişaf etməsində Ümumilli Lider Heydər Əliyevin böyük rolu olmuşdur. Çünki onun ideyaları əsasında, onun qurduğu siyasi xətt əsasında Azərbaycan Respublikasının Prezidenti başda olmaqla hər bir dövlət məmuru tərəfindən fəaliyyətlər davam etdirilir. Düşünürəm ki, bundan sonra da Azərbaycanı çox böyük uğurlar və müvəffəqiyyətlər gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB