Laçında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Laçında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR

YAP Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri, ərazi partiya təşkilatı sədrləri və fəallar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Tədbirdə digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasından, görkəmli şəxsiyyətin siyasi, ideoloji və rəhbərlik bacarığından bəhs etmişlər.

Sonda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı, Laçın rayon təhsil şöbəsi, Laçın rayon gənclər və idman idarəsi və Laçın rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda ümumrayon müsabiqəsinin bədii qiraət və idman nominasiyalarının qalibləri mükafatlandırılmışdır.

Qaliblərə YAP Laçın rayon təşkilatının Fəxri Fərmani və hədiyyələr təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə