YAP-ın təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİR

YAP-ın təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİR

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə mayın 6-da Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru" mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatın nümayəndələri, eləcə də Milli Məclisdə Partiyanı təmsil edən deputatlar, yerli təşkilatların sədrləri, qəzet redaktorları, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün bərpası zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Azərbaycan bugünkü inkişaf mərhələsinə asanlıqla gəlməyib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz əməyi sayəsində ölkəmiz sabit, inkişaf etmiş, dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilib. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına xidmət edən misilsiz işlər görüb. Dahi Lider ölkəni inkişaf etdirmək və zəfərə aparmaq kimi həyati vəzifəni öz üzərinə götürmüşdü və bu sahədə də böyük uğurlara nail olmuşdu.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə