Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Qəbulda Möhtərəm Prezidentin qeyd kimi Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Xüsusən yaxın vaxtlarda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çoxfunksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyi, Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək. Coğrafi vəziyyəti nəzərə alınmaqla bu hava limanı işğaldan azad edilmiş ərazilərdə Füzulidən sonra ikinci hava limanıdır. Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində böyük önəm daşıyır.
Bu gün dünyanın müxtəlif ölkələrindən olan bir çox ekspertlərin böyük siyasi, iqtisadi əhəmiyyət verdiyi bu beynəlxalq səviyyəli logistik layihə; Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə bərabər, beynəlxalq yükdaşımaları üçün beynəlxalq səviyyəli yeni bir yol olacaqdır.
Möhtərəm Prezidentin qəbulda qeyd etdiyi kimi, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Zəngilandan keçməklə Cəbrayıla birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Onların bu ümidləri digər bütün ümidləri kimi gözlərində qaldı. Azərbaycan isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkir. Məhz bu yoldan istifadə etməklə həm beynəlxalq yükdaşımalar, həm də vətəndaşlar Cəbrayıl rayonuna, eləcə də rahat şəkildə Horadiz-Zəngilan, Zəngilan-Qubadlı, Qubadlı-Laçın marşurutu ilə hərəkət etmək imkanı əldə ediblər. Göstərilən sonuncu yol infrastrukturu isə Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.
Yeni çəkilən yol əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də vətəndaşlar bu yolla rahat gedib-gələcəklər. Eyni zamanda, beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.
Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə yaradılan və inşa edilən bütün infrastruktur layihələr təsdiq edilmiş planlar əsasında həyata keçirilir. Qəbulda məlum oldu ki, həm vətəndaşlar, həm də beynəlxalq yük göndərənlər üçün çox əlverişli dəmir yolu infrastrukturu hesab olunan Horadiz-Ağbənd hissəsi yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Saleh MƏHƏRRƏMOV,
YAP Oğuz rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB