Azərbaycanı qələbəyə aparan Lider İlham Əliyev olub - SİYASİ EKSPERT AÇIQLADI

Azərbaycanı qələbəyə aparan Lider İlham Əliyev olub - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycanı qələbəyə aparan yol düşünülmüş, milli maraqlara söykənən siyasət nəticəsində mümkün oldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə ölkə rəhbərliyi həm gənc nəslin milli ruhda böyüməsi, Qarabağın xalqımız tərəfindən bir gün belə unudulmaması səbəb oldu: "Azərbaycanı qələbəyə aparan liderimiz dövlət başçısı İlham Əliyev olmuşdur. Onun dünya dövlətləri ilə qurduğu düzgün münasibətlər, xalqı milli ideya ətrafında birləşdirməsi, yetişən yeni nəslin vətənpərvər ruhda böyüməsi, ordu quruculuğu ilə yanaşı ölkə iqtisadiyyatının davamlı inkişafı bugünkü uğurlarımızı şərtləndirən əsas amillərdəndir. Azərbaycan tam qürurla qələbəni qeyd edir, çünki bu yolda xalq və iqtidar birliyi və strateji uzaqgörənlik məhz bu qələbəni şərtləndirib".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə