Onların hər zaman yenidən başını əzməyə hazırıq - TARİXÇİ ŞƏRH ETDİ

Onların hər zaman yenidən başını əzməyə hazırıq - TARİXÇİ ŞƏRH ETDİ

“9 may bizim milli tariximizdə, o cümlədən dünya xalqlarının tarixində müstəsna rolu olan bir gündür. Çünki bu gündə bütün bəşəriyyət üçün böyük təhlükə olan böyük, qorxunc bir qüvvə olan alman faşizmi və əlaltıları olan ermənilər məhv edilib”. Bu sözləri SİA-ya açıqlamasında Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov bildirib.

Onun sözlərinə görə, biz, xüsusilə də Azərbaycan xalqı həmin bu təhlükədən qorxmadan vuruşduq: “Bu müharibə o qədər də sadə bir müharibə deyildi, bəşəriyyət üçün təhlükəli bir müharibə idi. Bu müharibə 61 ölkənin ərazisində baş tutub və təxminən 1,7 milyard əhalini əhatə edib. Bu müharibə nəticəsində insanlıq nə az, nə çox 60 milyona yaxın insan itkin düşüb. Onların içərisində keçmiş Sovet İttifaqının əhalisinin 29 milyonu məhv edilib. Bunlardan 17 milyonu mülki vətəndaş, 12 milyonu isə hərbiçilərdir. Bunların içərisində Azərbaycan xalqının da övladları var.

Bizim faşizm üzərində qələbəyə verdiyimiz töhvə müstəsna rol oynayır. Bizim ölkəmiz bu müharibə motorlar müharibəsi olduğu üçün 4 il ərzində Sovet ordusunun, onun bütün nəqliyyat vasitələrini hamısını yanacaqla təmin edib. O zaman SSRİ-də çıxarılan 75,2 milyon ton neft Azərbaycanın payına düşürdü. Buna görə də o zaman Azərbaycanda istehsal olunan məhsullar, xüsusilə neftdən alınan kimyəvi məhsullar Azərbaycan neftinin hesabına idi.

Bütün bunlarla bərabər Azərbaycan övladları həm də ön cəbhədə vuruşurdular. Buna görə də Azərbaycan xalqının bu qələbədə rolu olduqca böyük idi.

Ümumiyyətlə bu müharibə ərzində istər ön, istərsə də arxa cəbhədə Azərbaycan xalqının əməyi olduqca böyük olub. Burada istehsal olunan 131 silah da tədarük olunaraq, cəbhəyə göndərilirdi.

Biz ikinci Vətən müharibəsində də öz gücümüzü bütün dünyaya çatdırdıq. Biz dünyaya böyür mədəni irs buraxmışıq. Hansı ki, insanlar dinin, irqindən asılı olmayaraq dinc və sülh şəraitində yaşamalıdır. Çox təssüflər olsun ki, bizim bu töhvəmizə həmin o yırtıcı, revanşist qüvvələr qulaqardına vururlar. Amma buna baxmayaraq, biz bu gün elə bir gücə sahibik ki, onların yenidən başını əzməyə hər zaman hazırıq. Mən 9 may münasibətilə xalqımızı təbrik edirəm. Hamıya hər zaman qələbələrin əldə olunmasında uğurlar arzulayıram”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə