Əsrlərlə cərəyan edən formalaşma prosesində qadın gücü, qadın əməyi və rəşadəti Azərbaycan qadınlarının keçdiyi şərəfli yolun təcəssümüdür. Tarixən dünyaya səs salan Azərbaycan qadınlarının varlıq olaraq bir simvola çevrilən obrazları Tomris, Nüşabə, Heyran Nisə Bəyim, Sara Xatun, Xurşud Banu Natəvan, Qönçəbəyim, Ağabəyim Ağa Ağabacı və başqaları tariximizdə əmək və fəaliyyətləri ilə yer almış, əməllərin fövqündə aləmi nurlandırmış, yeni naxış salmış, onu nurlandırmışlar. Milli varlığımızın ifadəsi olaraq, əxlaqi-mənəvi sərvətlərimiz və mədəni-tarixi dəyərlərimiz keçmişimizin ən mürəkkəb dövrlərində qorunub-yaşadılmışdır. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi, müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Ulu Öndər Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək belə deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".

Bu gün Azərbaycan qadınının əzəmətini bütün dünyada tanıdan Azərbaycan Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fəaliyyəti ilə xeyriyyəçilik və humanist layihələrinə imza ataraq Azərbaycan qadını və Anası, Böyük İnsan, İctimai Xadim kimi olaraq xoş niyyətli əməlləri ilə böyük nüfuza sahibdir. Azərbaycan cəmiyyətinin yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər əsasında dünyaya qapı açan Mehriban xanım Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq nümunəsini göstərir. Sözsüz ki, Onun prinsipiallığı, qətiyyəti yaşadığı mühit - ocaq və ailə ilə bağlıdır. Azərbaycanın Birinci Xanımı ənənələrinin formalaşması, məhz onun doğulub boya-başa çatdığı ocaqdan gələn bir təməldir. Xeyir əməllər sahibi kimi 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu Mehriban xanımın Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması baxımından həyata keçirdiyi ideyaları özündə cəmləşdirir. Maarifçilik ideyaları ilə çıxış edən daha geniş bir aspektdə humanizm prinsiplərini gerçəkləşdirməyə çalışan Mehriban xanım Əliyeva Azərbaycanda mövcud olan sosial məsələlərin həlli yönümündə öz bacarıq və iradəsini ortaya qoyaraq, daha geniş şəkildə fəaliyyət göstərdi. Ulu Öndər Heydər Əliyev ideologiyasını davam etdirmək və prinsipləri gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması Onun çoxsaylı layihələrinə imza atdı. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Çoxşaxəli fəaliyyət və reallaşan əməllər Mehriban Əliyevanın ismini qarşısına ən gözəl məfhumları həkk edib. Düzgün qərar qəbul etmək bacarığı ilə heyrət doğuran Mehriban xanım Əliyeva tariximizə parlaq səhifələr yazıb.

"MƏRHƏMƏT BƏZƏN ÇƏTİN VƏ MƏSULİYYƏTLİ QƏRAR QƏBUL ETMƏYİ TƏLƏB EDİR"
Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik nümunəsinə çevrilən Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolu və əməyi danılmazdır. Qeyd edək ki, Milli Məclisin deputatı olduğu zaman məsafəsində Mehriban xanım Əliyevanın imzası ilə Milli Məclisə təqdim edilmiş amnistiya təşəbbüsləri də cəmiyyətimizdə geniş rezonans doğurmuş və Mehriban xanımın humanizm prinsiplərinə sadiqliyini təsdiq etmiş oldu. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya Aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə, 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir", - deyir Mehriban xanım Əliyeva.
Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın aparıcı qüvvəsinə çevrilir.
Mehriban xanım Əliyeva Azərbaycan qadını obrazını, artıq dünyada yarada bilib. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində bu nüfuza malikdir.
Belə bir missiyanı üzərinə götürən və yorulmadan çalışan Mehriban xanımın fəaliyyət dairəsi daim diqqətdədir və hər bir azərbaycanlı bu görülən işlərdən qürur duyur, xalqın bir nümunəvi Xanımı kimi xarakterizə olunur. Belə bir ömrü yaşayan Mehriban xanım Əliyeva siyasi fəaliyyəti, həm də bir qadın və bir ana kimi həyata keçirdiyi xeyriyyəçilik əməlləri, qayğıkeşlik nümunələri diqqətdən kənarda qalmır. Son dövr hadisələrində biz bunun bir daha şahidinə çevrildik.

"BÜTÜN QARABAĞ ƏRAZİSİNDƏKİ MƏSCİDLƏRİMİZDƏ AZAN SƏSLƏRİ EŞİDİLƏCƏK, DUALAR OXUNACAQDIR!"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün yeni layihələr həyata keçirilir. Qarabağda keçirilən beynəlxalq tədbirlər, Şuşada Xarıbülbül festifalı və s. Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlər sırasındadır. Artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə reallaşdırır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımında qeyd edirdi: "Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir… Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"
Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri gördüyü işlərin xalqa və vətənə xidmət nümunəsi olaraq bir daha təsdiqidir. Son illərin tarixi gerçəkliklərinə nəzər salsaq görərik ki, O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidinə çevrildik. "Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir", - deyən Mehriban Əliyeva bildirib ki, buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik: "Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır".

Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məslək yoldaşı və silahdaşıdır. Hər zaman bərabər addımlayan ehtibarlı silahdaş. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi yaşadı, şəhid anaların yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı.
Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhraman Qazilərimizin yarasına məlhəm oldu. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə Birinci Xanım Mehriban Əliyevanın Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirakı ictimai-siyasi xadim kimi fəaliyyətinin bariz nümunəsidir.

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsi iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirdi: "Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm". Bu onu göstərir ki, nəcib əməllər sahib olan Mehriban Əliyeva ölkə həyatında baş verən hadisələrə həssaslıq və qayğı ilə, diqqətlə yanaşır. Bu onun həm Ana kimi, həm də ictimai xadim kimi böyük ürəyinin hökmü, vəzifə məsuliyyətindən doğan iradəsi və qətiyyətidir. Ümid və mərhəmət ünvanı olan Mehriban xanım Əliyeva Ramazan ayı münasibətilə paylaşımlar edərək sosial şəbəkə hesabında sosial xidmət müəssisəsinin ahıl sakinləri üçün Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimindən fotolar paylaşaraq "Allah orucunuzu qəbul etsin!" yazıb.
Göründüyü kimi, Mehriban xanım Əliyeva istənilən bir çətin məqamda, xoş günlərdə xalqımızın yanındadır. Xoş niyyəti, nurlu əməlləri ilə.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB