“Fransa istər 44 günlük Vətən müharibəsində, istərsə də müharibəyə qədər tutduğu mövqe bizim tərəfimizdən qəbul edilməzdir. ATƏT-in minsk qrupunun həmsədri kimi Fransa 30 illik münaqişə ərzində heç vaxt hüququn və ədalətin yanında yer almayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural ismayılov bildirib.

Onun sözlərinə görə, Fransa daima Azərbaycanın haqq səsinə etimatsız mövqe göstərirdi: “Həmçinin Fransa daim ermənipərəst mövqeyi ilə seçilirdi. Lakin son dövrlərdə Fransanın mövqeyində və münasibətində müəyyən dəyişikliklər hiss olunur. Özəliklə Azərbaycanın apardığı uğurlu xarici siyasət kursu nəticəsində bu gün Fransa ilə münasibətlər daha da normal vəziyyətdədir. Makron preizdent seçildikdən sonra Cənubi Qafqazla bağlı münasibətlərində korrektelər etməlidir. Nəzərə almaq lazımdır ki, regionun ən güclü və inkişaf edən dövləti Azərbaycandır. Bununla əlaqədar olaraq regionda və kənarda reallaşa biləcək bir çox proseslərdə Azərbaycanın mövqeyi mütləq nəzərə alınır. Fikrimcə, bundan sonra Azərbaycan və fransa münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək. Azərbaycan kifayət qədər Fransaya qarşı dürüstlük və səmimi münasibət nümayiş etdirir. Yəqin ki, bizdə özümüzə qarşı Fransadan eyni münasibəti görə bilərik. Çünki əks təqdirdə Fransanın xarici siyasət kursundakı problemlər daha da dərinləşəərk, əsas Avropa dövlətlərindən biri kimi Asiyanın təşkil etdiyi lahiyələrdə iştirak edə bilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB