Möhtərəm Prezidentimizin diplomatik forumda bu gün dünyanı düşündürən və dünyanın ən aktual çağırışlarını, xüsusilə də Qafqazın bu günü və gələcəyi ilə bağlı problemləri özündə ehtiva edən sualları cavablandırması təkcə bölgə əhalisi üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün çox önəmli idi. Möhtərəm Prezidentimizin bütün cavablarındakı ana xətt xalqımızın 44 günlük Vətən müharibəsi zamanı işğal altındakı torpaqlarımızı iki yüz ildən çox yaşı olan erməni faşizmindən azad etməsi ilə bərabər Azərbaycanın bölgədəki əvəzolunmaz rolu idi. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Milli Ordumuzun şücaəti ilə qazandığımız möhtəşəm Zəfər Qafqazda yeni eranın başlanmasına və yeni reallıqların yaranmasına səbəb olmuşdur.
Möhtərǝm Prezidentimiz forumda Azərbaycan xalqının otuz ilə yaxın müddətdə üzləşdiyi erməni təcavüzkarlığını, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlarla yanaşmalarını və bu yanaşmanın bu gün də davam etməsini konkret faktlarla bildirmişdir. Vacib məqamlardan biri də Ermənistanın bütün işğal dövründə dünya mirasının ayrılmaz parçası olan Qarabağda erməni vandalları tərəfindən dağıdılmış xalqımızın çox əsrlik tarixə malik mədəni irsinə YUNESCO-nun səssiz qalmasına da cənab ilham Əliyevin kəskin münasibət bildirməsidir.
Hamıya yaxşı məlumdur ki, işğal altında olan torpaqlarımıza erməni vandalları tərəfindən minlərlə minalar basdırılmışdır. Möhtərəm Prezidentimiz öz cavablarında bu məsələyə də toxunaraq beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibətini, bunun ədalətsizlik və ikili standartlar olmasını yolverilməz olduğunu nəzərə çatdırdı.
Dövlət başçımızın konfransdakı çıxışı və suallara cavabları ilə bu günümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi.
Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB